Deputat 800-dən çox ailəyə bayram sovqatı göndərdi - Fotolar

Deputat 800-dən çox ailəyə bayram sovqatı göndərdi
Oxunma sayı: 3064

Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun təşəbbüsü ilə Qurban bayramı ilə əlaqədar Goranboy rayonu və Naftalan şəhəri ərazisində yaşayan 800-dən çox şəhid ailəsinə, Qarabağ qazilərinə, Çernobıl əlillərinə, habelə imkansız ailələrə qurban payı çatdırılıb.

“Qafqazinfo” xəbər verir ki, deputatın sözlərinə görə, bu cür xeyriyyə aksiyalarının məqsədi milli-mənəvi dəyərlərimizi təbliğ etmək, insanları birliyə, əmin-amanlığa səsləmək, aztəminatlı ailələrin, əlil, ahıl və kimsəsizlərin bayram sevincinə şərik çıxmaq, onları sevindirməkdən ibarətdir.

Bayram sovqatı alan ailələr də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib.