Deputat daha bir mahnı oğurluğunun üstünü açdı

deputat-daha-bir-mahni-ogurlugunun-ustunu-acdi
Oxunma sayı: 2243


“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Etibar Hüseynov sosial şəbəkədə yazıb.

Deputat keyfiyyətli musiqi qıtlığından şikayətlənib:

“Amma, bir təklifim var. Sirr deyil ki, bu gün ölkədə kifayət qədər mügənni bolluğu olsa da keyfiyyətli mahnı, keyfiyyətli musiqi qıtlığı yaşanmaqdadır. Bəsit, zövqsüz musiqilər hamını cana yığıb. Amma görkəmli bəstəkarlarımızın onlarla gözəl əsəri var ki, arxivdə qalıb və istifadə olunmur. Mən sovetlər dönəmində zamanın tələbinə uyğun olaraq yazılmış, ancaq bu günümüzlə ayaqlaşmadığından ifa ədilməyən onlarla biri-birindən gözəl bəstələri nəzərdə tuturam. 

Yəni, çayçılara, neftçilərə, o cümlədən də ayrı-ayrı Sosialist əməyi qəhrəmanlarına həsr edilmiş kifayət qədər gözəl mahnılar var. Mənə ələ gəlir ki, bəstəkar və aranjimançılarımız onların sözlərini dəyişib, yeni aranjimanda təqdim etsələr, çox gözəl olar. Bu, digər tərəfdən həmin bəstəkarların da ruhuna hörmət və ehtiram olar ki, onların unudulmuş əsərlərinə ikinci nəfəs verilər. Məncə, bu ideya ətrafında düşünməyə dəyər. Yoxsa, "yeməyənin payını yeyərlər" məsəlini tez-tez yada salmalı olacağıq. Necə ki, ermənilər bunu bizə zaman-zaman xatırladır".