Deputat DSMF-ni məhkəmədə uddu -

deputat-dsmf-ni-mehkemede-uddu-
Oxunma sayı: 770


Millət vəkili Ağalar Vəliyevin sədri olduğu ASC 63 700 manat borc üzrə öhdəliyə xitam verilməsini və borcun silinməsinin cavabdehə həvalə edilməsini tələb edib.

"Qafqazinfo" xəbər verir ki, azvision.az-ın əldə etdiyi məlumata görə, məhkəmə çəkişməsində “Azəraqrartikinti” ASC DSMF-ni udaraq 48 min manat borcun silinməsinə nail ola bilib.

Şirkət işçilərinin bildirdiyinə görə, DSMF ASC-nin Qəbələ “Aqrartikinti” filialına 63 700 deyil, 48 min 484 manat 75 qəpik borc yazıb. Amma həmin borc müddəti keçdiyi üçün 10 iyul 2015-ci il tarixində Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə silinib.

Ali Məhkəmə Şəki Apelyasiya Məhkəməsinin qərarını təsdiq edib.

DSMF-dən isə sayta bildirilib ki, Fond məhkəmənin qərarından apelyasiya şikayəti verib.

Apelyasiya Məhkəməsinin qərarından sonra Fond bu barədə geniş açıqlama verəcək.

“Qafqazinfo”