Deputat Goranboyda iftar süfrəsində iştirak etdi - Foto

deputat-goranboyda-iftar-sufresinde-istirak-etdi
Oxunma sayı: 2266

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda iftar süfrəsində iştirak edib.

Din xadimlərinin, şəhid ailələri üzvlərinin, Qarabağ müharibəsi əlilləri və sadə vətəndaşların iştirak etdiyi iftar mərasimində “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb. 

Anar Məmmədov iftar süfrəsində çıxış edib: "Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Mübarək Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir". 

Mərasimdə xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün diləklər edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının ruhuna dualar oxunub. İftar süfrəsi pandemiya ilə əlaqədar olaraq karantin şərtlərinə uyğun təşkil edilib. 

Sonda Milli Məclisin deputatı Anar Məmmədov seçiciləri ilə görüşüb.