Deputat Goranboyda şəhidlər bulağının açılışında iştirak etdi - Fotolar

deputat-goranboyda-sehidler-bulaginin-acilisinda-istirak-etdi
Oxunma sayı: 1379

Goranboy rayonu Muzdurlar kəndində Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin adlarına inşa edilən xatirə bulağının açılış mərasimi keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, açılış mərasimində millət vəkili Anar Məmmədov, şəhidlərin doğmaları, rayon ağsaqqalları, Muzdurlar kənd ağsaqqal və ağbirçəkləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən nümayəndələr iştirak ediblər.

Əvvəlcə rayonun baş axundu şəhidlərin ruhuna dualar oxuyub, əziz xatirələri böyük ehtiramla yad edilib. Sonra bulaq kompleksinin açılışı olub.

Çıxış edən millət vəkili Anar Məmmədov və digərləri şəhidlərin keçdiyi şərəfli ömür yolundan bəhs edib, gənclərə nümunə göstəriblər. Çıxışlarda şəhidlərimizin qanının yerdə qalmadığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi vurğulanıb, Böyük Qələbənin tarixi əhəmiyyəti qeyd olunub.

Sonda şəhidlərin ailə üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.