Deputat Goranboyda vətəndaşları qəbul edib - Fotolar

deputat-goranboyda-vetendaslari-qebul-edib
Oxunma sayı: 1365

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda şəhid ailələrinin üzvləri, YAP Goranboy rayon təşkilatının sədri, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

Anar Məmmədov bildirib ki, keçirilən qəbullar vətəndaşların problemlərini öyrənmək, onları həll etmək, əhalinin rahatlığının təminatına və rifahının yaxşılaşdırılmasına xidmət etməkdən ibarətdir.

Görüşdə iştirak edən vətəndaşlar onları narahat edən məsələləri gündəmə gətiriblər. Anar Məmmədov vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. Digər məsələlərlə bağlı müraciətlər qeydiyyata alınaraq aidiyyəti qurumlara həvalə edilib.

Vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.