Deputat icra başçılarına ironiya etdi

deputat-icra-bascilarina-ironiya-etdi
Oxunma sayı: 4536

“Təklif edirəm ki, “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalının ilk nüsxələri icra başçılarına verilsin”. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rustəmxanlı bildirib.

“Medal başçılara Bakıdakı köhnə parkların yaşıllıqlarını peşəkar şəkildə məhv etdiklərinə görə verilməlidir”, - deyə deputat ironiya ilə bildirib.

Eldar Tanrıverdi