“Eşitmə və danışma qabiliyyəti zəif olan insanların bir sıra maarifləndirici sosial proqramlarda nəzərə alınmaması çox ciddi narahatlıq yaradan məsələdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Qənirə Paşayeva parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, ötən gün eşitmə və danışma qabiliyyəti zəif olan insanların müraciətlərini dinləyib: “Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərində də bu cür insanların sayının artması xüsusi vurğulanır. Televiziyalar çox ciddi informasiya vasitəsidir. Eşitmə və danışma qabiliyyəti olmayan insanların televiziya verilişlərində nəzərə alınması çox vacibdir. Bir sıra televiziya proqramlarında subtitrlərdən istifadə olunsa da, bu cür insanlar xəbəri subtitr vasitəsilə oxumağı çatdırmır. İctimai Televiziyaya, AzTV-yə müraciət edirəm ki, həmin insanların da cəmiyyətə inteqrasiya etməsi üçün işləri genişləndirsinlər. Bu məsələyə diqqət yetirilməsini Milli Məclisdən də xahiş edirik”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər