Millət vəkili Ağalar Vəliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının Reanimasiya şöbəsində müalicə alan Milli Ordunun müddətdən artıq hərbi qulluqçusu, tankçı-mexanik, çavuş Razi Cavadova baş çəkib.
Yaralı döyüşçünün atası Vidadi Cavadov “Qafqazinfo”ya deyib ki, millət vəkili həkimlərlə söhbət edərək Razi Cavadovun vəziyyəti barədə ətraflı maraqlanıb. Millət vəkili hərbçinin xaricdə müalicəsinə ehtiyac yranacağı halda buna dəstək olacağıı deyib: “Amma həkim dedi ki, komada olan yaralının xaricə göndərilməsi mümkün deyil, yəni tibbi göstəriş yoxdur”. Vidadi Cavadovun sözlərinə görə, deputat Razi kimi qəhrəman oğulların gücü sayəsində torpaqlarımızın azad olunacağı günün uzaqda olmadığını bildirib.
Xatırladaq ki, R. Cavadov aprelin 6-da düşmən snayperi tərəfindən başından vurulub. Sol gözünü itirən tankçımız 17 gündür ki, komadadır.
Son xəbərlər
Son Xəbərlər