“Deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilsin”

deputat-komekcilerine-dovlet-qulluqcusu-statusu-verilsin
Oxunma sayı: 1547

“Deputat köməkçisi kimi 3 il müddətinə işləmiş şəxsə dövlət qulluqçusu statusu verilməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu təkliflə deputat Fazil Mustafa çıxış edib. O qeyd edib ki, köməkçilərin fəaliyyəti deputatlarla əlaqədardır: “Elə köməkçilər var ki, 10-15 ildir işləyirlər”.

Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli isə deputatın təklifinə reaksiya verib. O bildirib ki, bu məsələ əvvələr də müzakirə olunub: “Bu institutun yaradılması mütərəqqi haldır. Onu yenidən baxıb müzakirə etmək olar. Deputatlar dəyişir, köməkçilər dəyişir. Onlar imtahan verməlidir. Bu, o qədər asan məsələ deyil. Amma məsələyə yenidən qayıdarıq”.

Günel Türksoy