Son günlərdə seçicilərin real namizəd görməsi və dəstəkləməsi ilə gündəmdə olan 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Şaiq Piriyev “ BİRLİKDƏ ÇALIŞACAĞIMIZ 11 İSTİQAMƏT ” fəaliyyət platformasının istiqamətlərindən biri olan İctimai nəzarət, mətbuat və xalq qarşısında hesabatlılıq istiqamətində "Deputat mandatımdan imtina etmək barədə qərar qəbul edəcəm" sözünü verib.
"Qafqazinfo" Şaiq Piriyevin platformasını təqdim edir:
"İctimai nəzarətin , mətbuat və xalq qarşısında hesabatlılığın təmin olunması və təbliği sahəsində davamlı və sistemli fəaliyyət aparacam, mətbuata açıq olacam, bu sahədə lazım olan yeni qanunvericiliyin hazırlanması, cari qanunvericiliyin təkmiləşdirilməsi üçün daimi çalışacam. Hesabatlılıq fəaliyyəti sahəsində ilk addımı öz fəaliyyətimdən başlayacam. İlk bir illik deputatlıq fəaliyyətimdən sonra seçicilərdən 1000 nəfər fəaliyyətimin qənaətbəxş olmaması barədə imza toplayıb mənə təqdim etsə, deputat mandatımdan imtina etmək barədə qərar qəbul edəcəyimi əvvəlcədən elan edirəm. Deputat mandatımdan imtina qərarımın ləğvi yalnız ən azı 50% çox seçicilərin imza toplayaraq fəaliyyətimi qənaətbəxş hesab etdiyi halda ola bilər.
Məcburi köçkünlərin mənzil təminatı və infrastruktur layihələlər sahəsində fəaliyyətimiz
Bildiyimiz kimi, qaçqıların və məcburi köçkünlərin mənzil təminatı ilə bağlı ölkəmizdə boyük işlər görülüb və görülməkdədir. Fəaliyyətmiz dövründə məcburi köçkünlər və qaçqınların mənzil təminatı sahəsində aparılan işlərə mümkün bacardığımız dəstəyi verəcəyik. Bunlara əlavə olaraq.
Bəzi hallarda işin mahiyyətindən kənar texniki və subyektiv səbəblərə görə hələ də mənzil almalı olduğu halda mənzillə təmin olunmayan seçicilərimizin bu sahədəki problemləri ilə dərindən maraqlanıb, qanun və qaydalara uyğun olaraq onlara bu sahədə dəstək olacağıq.
Məcburi köçkünlər və qaçqınlara ipoteka kreditlərinin verilməsi sahəsində fəaliyyəti xüsusi diqqətdə saxlayacaq, bu sahədə fəaliyyətin əhatəliliyinin genişlənməsi, bu kreditlərin verilməsindəki neqativ halların aradan qaldırılması üçün lazımi səviyyədə ictimai nəzarətin təmin olunmasına, ipoteka kreditlərinin əlçatanlığının təmin olunmasına çalışacam.
Respublikamızda mənzillə təminat sahəsində indiyə qədər atılmış addımların dəstəklənərək daha da təkmilləşdirilməsinə və əhalinin aşağı və orta təminatlı təbəqəsinin mənzillə təminatının yaxşılaşdırılması üçün təşəbbüs, layihə və qanunların qəbulu sahəsində davamlı fəaliyyət aparacağam.
İnfrastruktur (yollar, su, qaz və işıq) layihələri ölkəmizdə dövlət investisiyalarının həcminə görə xüsusi yer tutur. Fəaliyyətimiz dövründə məcburi köçkün və qaçqınların sıx məskunlaşdığı ərazilərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi üçün dövlət investisiyalarından seçicilərimizin yaşadığı ərazilərin “öz pay bölgüsünün alması” üçün müvafiq qurumlarla koordinasiyalı olaraq davamlı və sistemli fəaliyyət aparacam.
“BİRLİKDƏ ÇALIŞACAĞIMIZ 11 İSTİQAMƏT” fəaliyyət platformasının istiqamətləri aşağıdakılardır.
I. Hüquqi yardım;
II. Məşğulluq;
III. İctimai nəzarətin, mətbuat və xalq qarşısında hesabatlılığın təmin olunması sahəsində baxış və fəaliyyətimiz;
IV. Sosial-iqtisadi məsələlər, sosial təminat və pensiya təminatına baxış və fəaliyyətimiz;
V. Məcburi köçkünlərin mənzil təminatı və infrastruktur layihələr sahəsində fəaliyyətimiz;
VI. Elm və təhsil sahəsinə baxış və fəaliyyətimiz;
VII. Səhiyyə sahəsinə baxış və fəaliyyətimiz;
VIII. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə baxış və fəaliyyətimiz;
IX. Milli mənəvi dəyərlər, elm-texnologiya və gənclər siyasəti;
X. Seçicilərlə uğurlu kommunikasiyaya təminat;
XI. Proqramın təşkilati-struktur aspektləri və maliyyələşdirilməsi mexanizmləri.