Deputat may ayı ərzində 700-dən çox seçici problemi dinlədi - Fotolar

deputat-may-ayi-erzinde-700-den-cox-secici-problemi-dinledi
Oxunma sayı: 2727

Milli Məclisin deputatı Anar Məmmədov may ayı ərzində ümumilikdə 705 seçici problemi dinləyib.

 

“Qafqazinfo” xəbər verir ki, Anar Məmmədov Goranboy rayonu (Dəliməmmədli şəhəri, Borsunlu, Veyisli, Xoylu, Muzdurlar, Nadirkənd, Faxralı, Rəhimli, Qurbanzadə, Bağçakürd, Yolqular, Qarqucaq, Quşçular, Səmədabad kəndləri, Qazanbulaq qəsəbəsi) və Naftalan şəhərindən məşğulluq, torpaq, kommunal, abadlaşdırma və sağlamlıq sahələri üzrə müraciət edən seçiciləri qəbul edib. Qəbulda vətəndaşların müraciətlərinin bir hissəsi araşdırılması üçün nəzarətə götürülüb, digər hissəsinin həlli üçün isə müvafiq hüquqi yardımların göstəriləcəyi qeyd olunub. 

Deputat seçiciləri ilə onlayn qəbulda bildirib ki, hökumət vətəndaşların sosial rifah halının daha da yüksəldilməsi üçün çoxsaylı proqram və layihələr həyata keçirir. Vətəndaşlar da öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətdən razılıq edərək, ölkə rəhbərliyinə olan dəstəklərini ifadə ediblər. 

Qeyd etmək lazımdır ki, deputat Anar Məmmədov may ayı ərzində seçicilərlə 3 onlayn event təşkil edib ( 69 nəfər qeydiyyatdan keçib), 3 onlayn qəbul keçirib ( ümumilikdə 108 nəfər ) , seçicilərlə 3 telefon danışığı ( cəmi 42 nəfər ) baş tutub. Ramazan bayramı münasibətilə 466 – dan çox ailəyə bayram sovqatı göndərilib, Ramazan bayramı günü 20 nəfər kənd ağsaqqalının və ziyalısının iştirakı ilə iftar süfrəsi təşkil olunub. Ümumilikdə may ayı ərzində 705 seçici problemi dinlənilib.