Deputat Naftalanda Vətən müharibəsi iştirakçılarını evində ziyarət edib

deputat-naftalanda-veten-muharibesi-istirakcilarini-evinde-ziyaret-edib
Oxunma sayı: 1529

Milli Məclisin YAP-çı deputatı Anar Məmmədov Naftalan şəhərində Vətən müharibəsi iştirakçılarınını evində ziyarət edib, onların qayğıları ilə maraqlanıb. Görüşdə Naftalan şəhər ağsaqqalları və ziyalıları iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, Anar Məmmədov qəhrəman əsgərlərimizin döyüş meydanlarında göstərdiyi şücaətin tarixin yaddaşına həkk olunduğunu diqqətə çatdırıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

Söhbət zamanı Şövqi Mirzəyev və oğlu keçdiyi döyüş yollarından danışıb, öz təəssüratlarını bölüşüblər. Onlar qeyd edib ki, Azərbaycan əsgərləri Vətən qarşısında öz vəzifələrini ləyaqətlə yerinə yetiriblər. Vətən müharibəsinin iştirakçısı Şövqi Mirzəyev və ailə üzvləri göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Onu da qeyd edək ki, Şövqi Mirzəyev bir müddət bundan öncə evinə işıq xəttinin çəkilişi ilə bağlı deputata müraciət etmiş, müraciət müsbət şəkildə öz həllini tapmış və deputat da bu münasibətlə görüşdə Vətən müharibəsinin iştirakçısını təbrik etmişdi.