Millət vəkili Anar Məmmədov Naftalan şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, qəbulda Naftalan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, aparatın məsul əməkdaşları iştirak edib.
Qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən Anar Məmmədov onların müraciət və təkliflərini dinləyib. Dinlənilmiş bütün müraciətlər qanunamüvafiq qaydada həll olunması məqsədilə qeydiyyata alınaraq nəzarətə götürülüb. Qanunvericiliyə uyğun olan bəzi müraciətlər isə həll olunması üçün aidiyyəti orqanlara yönləndirilib. Bir neçə məsələ yerindəcə həllini tapıb.




Son xəbərlər
Son Xəbərlər