“Deputat olmağa yox, həm də sizə layiq övlad olmağa gəlmişəm…” - Video

deputat-olmaga-yox-hem-de-size-layiq-ovlad-olmaga-gelmisem
Oxunma sayı: 4962

88 Saylı Şamaxı Seçki Dairəsindən deputatlığa namizəd Sərdarlı Şahin Rövşən oğlunun təbliğat-təşviqat kampaniyası davam edir.

“Qafqazinfo” xəbər verir ki, o, ötən gün nümayəndələr, vəkillər və könüllülərlə birgə Məlhəm kəndindən olan seçicilərlə görüşüb.

Kənd ağsaqqal və ağbirçəklərinin xeyir-duası alınıb. Ş.Sərdarlı seçicilərə güvəndiyini, deputat olmağa yox, həm də onlara layiq övlad olmağa gəldiyini deyib.

Seçicilər sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində fəal iştirak etməyə dəvət edilib.

Qeyd edək ki, Ş.Sərdarlı 12 aprel 1997-ci ildə Şamaxı rayonunun Meysəri kəndində anadan olub. 2014-cü ildə şəhid əmisi Aslan Sərdar oğlu Şirinov adına Şamaxı rayon Meysəri kənd tam orta məktəbini bitirib və Bakı Slavyan Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olub. 2017-ci ildə Azərbaycan Dillər Universitetinin “Regionşünaslıq” ixtisasına transfer olunub, 2020-ci ildə məzun olub. Həmçinin İstanbul Esenyurt Universitetinin bir sıra təlim və inkişaf proqramlarını başa vurub.

O, bir sıra tanınmış media orqanlarında müxbir, redaktor vəzifələrində çalışıb. Bakı Slavyan Universitetinin, ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsində Mətbuat xidmətində fəaliyyət göstərib. ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, ADU-nun Tələbələrlə İş və Tədbirlərin təşkili şöbəsinin müdiri vəzifələrində çalışıb.

Hərbi xidmətini Vətən müharibəsi dönəmində Şuşa şəhərində başa vurub.

Ş. Sərdarlı 2021-ci ildən Karyera və İşə Hazırlıq Mərkəzi MMC-ni təsis edib, hazırda direktor vəzifəsində çalışır.