ANS PRESS-in yerli mətbuata istinadən verdiyi xəbərə görə, ölkədə 2 milyon ton kömür paylandığını deyən Ərdaxan millət vəkili Ensar Öğüt bunun üçün , 3.5 milyard lira (1 milyard 267 milyon manat) ödəndiyini deyib.
Ərdaxanda paylanan kömürün daş və torpaqdan ibarət olduğunu deyən Öğüt bildirib ki, kömürün mədəndən çıxış qiyməti 70-80, (25-28 manat) dövlətə maliyyəti 400 lirədir (145 manat).
Ensar Öğüt daha sonra üzərində “Ailə və sosial yardımlaşma fondu” yazılmış kömür torbasını ailə və sosial siyasət naziri Ayşənur İslamın stolunun üstünə qoyub.