Deputat rayon xəstəxanasında həkimlərin olmadığından şikayətləndi

deputat-rayon-xestexanasinda-hekimlerin-olmadigindan-sikayetlendi
Oxunma sayı: 1908

Deputat Tahir Kərimli parlamentin bu gün keçirilən növbədənkənar iclasında bir sıra məsələləri diqqətə çatdırıb.

“Qafqazinfo” xəbər verir ki, deputat insanların dağlardan içməli su gətizdirdiyini deyib: “Bu il Ağsuda taxıl zəmisi susuzluqdan yandı. Hesab edirəm ki, Ağsu çayı üzərində bənd tikməklə suyu bərpa etmək olar”.

Deputat yol problemini də parlamentdə qaldırıb: “Bu gün Ağsu rayonunun Padarlı, Ərəbuşağı və.s kəndlərində yol yoxdur. Gedib- gəlmək mümkün deyil”.

T. Kərimli məktəblərdə xarici dil müəllimlərinin, xəstəxanada həkimlərin olmadığını da bildirib.

Millət vəkili, həmçinin qaz limitinin çox yüksək olmasını, işıq dirəklərinin sıradan çıxdığını, internetin, telefonun olmadığını parlamentdə səsləndirib.

Günel Türksoy