Deputat seçiciləri qəbul etdi

deputat-secicileri-qebul-etdi
Oxunma sayı: 1630

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov Parlamentdə seçiciləri qəbul edib. 

“Qafqazinfo” xəbər verir ki, təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda Gənclər və İdman Komitəsinə müraciət edən vətəndaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələləri dinləyib. Ünvanlanan müraciətlər arasında əsasən iş, qeydiyyat, sənədləşmə, sosial məsələlər, idman, təhsil və s. məsələləri üstünlük təşkil edib.

Müraciət edən insanların problem və təkliflərini, eyni zamanda zəruri olan sənədləri qəbul edən F. Muradov bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib. Aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb.