Deputat Rəşad Mahmudov təcili tibbi yardım maşınlarının personalına edilən zorakılığın cinayət məsuliyyəti kimi qiymətləndirilməsini təklif edib.
“Qafqazinfo” xəbər verir ki, deputat məsələnin qısa müddət ərzində həllinin tapılmasının labüdlüyünü qeyd edib: “ Bu hallar vaxtilə ölkədə baş verib. Nəzərə çatdırım ki, tibb personalına qarşı zorakılıq psixoloji amildir: “Bu sadəcə həkimlərin qorunması deyil, həm də Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması məsələsidir”.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, həkimlərin və pasiyentlərin hüquqlarının qorunması ilə bağlı yeni qanun hazırlanır: “Bununla bağlı dinləmələr keçiriləcək. Həmin qanunda deputatın fikirləri öz əksini tapacaq”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər