“Deputat toxunulmazlığı bu il ləğv edilsin”

deputat-toxunulmazligi-bu-il-legv-edilsin
Oxunma sayı: 1329

Ukrayna prezidenti Petro Poroşenko bu il deputat toxunulmazlığının ləğvi ilə bağlı qanunun qəbul edilməsini tələb edib.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, Poroşenko prosesi ləngitmək üçün səbəb görmədiyini deyib:

“Deputat toxunulmazlığının qəti və geri dönüşü olmayacaq şəkildə ləğvinin vaxtı gəlib çatıb. Üç yüz səslə effektiv səsvermə tələb edirəm və bu, 2018-ci ildə baş verməlidir”. 

Qeyd edək ki, Ukrayna parlamenti ötən ilin payızında deputat toxunulmazlığının ləğvi ilə bağlı iki qanun layihəsini Konstitusiya məhkəməsinə göndərmişdi.