“Qafqazinfo” xəbər verir ki, dünyanın 80-dən artıq ölkəsindən 1200-dən artıq qadının qatıldığı sammitdə müxtəlif ölkələri təmsil edən nazir qadınlar, birinci xanımlar, yüksək dövlət vəzifəsi tutan, ictimai-siyasi xadim olan qadınlar, millət vəkilləri, işgüzar qadınlar, böyük şirkətlərin qadın idarəçiləri, qeyri-hökumət rəhbərləri xanımlar qadınların ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda, biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparır, konkret təkliflərlə çıxış edirlər. Millət vəkili Qənirə Paşayeva sammitin işində iştirak etməklə bərabər müxtəlif ölkələrdən gəlmiş fəal qadınlarla da görüşərək onlara Azərbaycanla bağlı geniş məlumatlar verib.
Azərbaycanın iqtisadi inkişafı barədə məlumatlar verən Qənirə Paşayeva tədbir iştirakçıları ilə yanaşı işgüzar xanımları da Azərbaycana dəvət edib. Böyük Britaniya, Fransa, İslandiya, Malayziya, Qazaxıstan, Filippin, Mərakeş, Bəhreyn, Polşa, Sloveniya, Veytnam, Afridakan, Samaodan olan fəal xanımlar Azərbaycan haqqında məlumatlı olduqlarını və böyük məmuniyyətlə Azərbaycana səfər etmək və daha yaxından tanımaq istədiklərini bildiriblər.
Qeyd edək ki, dünyanın 80 ölkəsindən 1 200-dən artıq nümayəndənin iştirakı ilə keçiriləcək sammitdə qadınların iqtisadi həyatlarının yaxşılaşdırılması və qlobal çiçəklənmənin təmin edilməsi strategiyası, qadınlar və qızlar üçün iqtisadi imkanlar, iqtisadiyyatın yüksək gəlirli sektorlarında qadın sahibkarların rolu və başqa məsələlər müzakirə edilir.
Son xəbərlər
Son Xəbərlər