Deputat xanımın ürəyini zəbt edən kişi olmayıb

deputat-xanimin-ureyini-zebt-eden-kisi-olmayib
Oxunma sayı: 6266


“Jurnalistlərlə çox ünsiyyət qura bilmirəm. Seçicilərimlə tez-tez görüşdüyümdən vaxtımın çox hissəsi gedir. Etiraf edim ki, seçicilərimlə böyük görüşlər keçirə bilmirəm. Çünki ofisim yoxdur”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Leyla Abdullayeva modern.az saytına millət vəkili kimi mediada aktiv olmması haqda suala cavab verərkən deyib. O, bildirib ki, həftənin 6 günü köməkçisi, bir günü isə özü seçiciləri qəbul edir: “Milli Məclisin plenar iclaslarında çıxış edirəm. Sumqayıt- Bakı yolunda tıxaclarla, uşaq televiziya kanalının yaradılması, Sumqayıt stansiyası yaşayış massivinə statusun verilməsi, şəhərin 15-ci məhəlləsində yerləşən çox təhlükəli vəziyyətdə olan yataqxana və digər məsələlərlə bağlı təkliflərim olub və nəzərə də alınıb. Deputat kimi seçicilərimə imkan daxilində köməklik də edirəm. Bəzən çıxışa yazılıb sonradan geri də götürmüşəm. Səbəbi məndən öncə yazılan həmkarımın irəli sürmək istədiyim təklifi səsləndirməsi olub. Səslənən təklifi təkrar etməyə ehtiyac görməmişəm. Deyə bilərəm ki, işimi çox böyük həvəslə görürəm”. 

L. Abdullayeva ailə qurmaması ilə bağlı suala cavab verməyə çətinlik çəkdiyini bildirib. Jurnalistin “Amma inanmıram ki, sizin kimi gözəl və ağıllı xanıma evlənmək təklifi edən olmasın” fikrinə millət vəkili belə reaksiya verib: “Təbii ki, olub. Amma zamanında ürəyimi zəbt edən insan qarşıma çıxmayıb”.