Deputatdan Avropa Şurasına etiraz

deputatdan-avropa-surasina-etiraz
Oxunma sayı: 807


O “Qafqazinfo”ya açıqlamasında bildirib ki, irəli sürülən absurd iddiaların heç bir əsasının olmadığını bəyan edib: “Azərbaycan Avropanın bir hissəsidir və Avropa düşüncəsinin, mədəniyyətinin yaranmasında böyük rol oynayıb. Kimsə avropaçılığa monopoliya etmək istəyirsə, insan hüquq və azadlıqlarının izahının nə demək olduğunu izah etmək istəyirsə, kökündən yanılır. Azərbaycan demokratik, hüquqi dövlətdir. Azərbaycan dünyada nə kimi nailiyyətlər, inkişaf varsa onu ölkəyə gətirməkdə maraqlıdır. Gəlişi gözəl sözlərin müəllifləri bununla özlərinə haqq qazandırmaq istəyirlər. Bir qrup rəğbəti olduqları insanları bütün cəhdlərlə müdafiə etməyə çalışmağın özü demokratiya ziddir. 

Azərbaycanda dövlət qanunlarını pozmağa cəhd edən, vergidən yayınan, xaricin ölkədə 5-ci kolon funksiyasını yerinə yetirməyə çalışan insanların müdafiəsi Azərbaycana ittiham irəli sürənlərlə sıx bağlılığının olduğunu göstərir. Kimsənin Azərbaycanı Avropadan təcrid etmək haqqı yoxdur. Hesab edirəm ki, bu cür ittiham edənlərin özləri problemlər içərindədir”. 

Hesabatdan “Dağlıq Qarabağ və 7 rayon” ifadəsinin çıxarılmasına gəlincə isə, millət vəkili əlavə edib ki, bir tərəfdən Azərbaycanı ittiham edənlər Ermənistanla birgə Azərbaycanın ərazi bütövlüyünü pozmağa çalışırlar: “Azərbaycanın 20 faiz torpağı işğal olunub. Buraya keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ətrafındakı yeddi rayon daxildir. Çox maraqlıdır ki, bu gün insan hüquqlarından danışanlar 7 rayon ifadəsini düşüncələrdən silməyə çalışırlar. Bütün məsələni ancaq Dağlıq Qarabağ üzərində yönəltməyə çalışırlar. Sadə Avropa vətəndaşına münaqişənin keçmiş vilayət anlayışından kənara çıxmadığı qənaətində olduğunu çatdırırlar. İndi isə maraqlıdır ki, onların Azərbaycanda müdafiə etdiyi insanlar bu gün yeddi rayon ifadəsinin sənəddən çıxarılmasına heç bir münasibət bildirmirlər. Sanki onlar Azərbaycan vətəndaşı deyillər. Milyonlarla qaçıqan və köçkünün taleyi onları qətiyyən narahat etmir”. 

Günel Türksoy