“Qafqazinfo”nun məlumatına görə, O, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal edən zaman 20 mindən çox azərbaycanlının həlak olması, minlərlə insanın acımasızcasına qətlə yetirilməsindən danışıb. Millət vəkili rəsmi İrəvanın bütün Avropanın gözləri qarşısında Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirdiyini amma Avropa təşkilatlarının bu cinayətə görə Ermənistana heç bir təzyiq göstərmədiyini vurğulayıb.
Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman 4000-dən çox azərbaycanlının itkin düşdüyünü qeyd edən Qənirə Paşayeva yüzlərlə insanı xilas etmək üçün Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatların lazımi fəaliyyət göstərmədiyini də deyib.
Ermənistanın işğalı nəticəsində öz evindən didərgin düşmüş 1 milyondan çox azərbaycanlı 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkün həyatı yaşayır deyən Qənirə Paşayeva təşkilatı azərbaycanlı köçkünlərin öz evlərinə dönməsinə imkan yaradılmasını da özündə əks etdirən AŞPA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsi üçün Ermənistana təzyiq etməyə çağırıb.
Qənirə Paşayeva AŞPA-nı vandalizm aktlarını dayandırmaq üçün sərt addımlar atmağa səsləyib və bu məsələlərdə birmənalı mövqe tələb edib.
Son xəbərlər
Son Xəbərlər