Deputatdan səhiyyə müəssisələrinə irad

deputatdan-sehiyye-muessiselerine-irad
Oxunma sayı: 1678

“Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində məlum olub ki, bu gün səhiyyə müəssisələrimizdə yüzlərlə vakant iş yerləri var. Amma çox təəssüflər olsun ki, səhiyyə müəssisələri illərlə iş gözləyən tibb işçilərini götürmək əvəzinə, onları özlərinin tibb personalı arasında bölüşdürür”.

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva parlamentdə Hesablama Palatasının illik hesabatının müzakirəsində çıxışı zamanı bildirib.

“Mən bilmirəm, onlar bunu niyə edirlər, amma bu, reallıqdır. Dövlət başçısı da öz çıxışlarında bildirir ki, yeni iş yerlərinin açılmasına ehtiyac var. Ancaq təəssüflər olsun ki, vakant olan iş yerləri də kimlərinsə maraqları naminə bu cür bölüşdürülür. Hesab edirəm ki, bu məsələyə diqqət yetirilməlidir. Vakant iş yerlərinə işə ehtiyacı olan kadrlar götürülməlidir”,- deyə deputat qeyd edib.

Günel Türksoy