Deputat Fazil Mustafa Şuşaya yaxın əraziləri Şuşa rayonunun inzibati vahidində birləşdirməyi təklif edib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı parlamentdə çıxış edən deputat qeyd edib ki, belə olduğu təqdirdə daha çevik idaretmə əldə edə bilərik:
“Şuşada yerli özünüidarə orqanları ayrıca məkanda yerləşməlidir. Birbaşa şəhəri qoruqla idarəetmə ziddiyyətlərin yaranmasına gətirib çıxara bilər. Qanunda işğaldan əvvəl burada yaşamış sakinlərin mülkiyyət hüquqları məsələsi xüsusilə vurğulanmalıdır. Tarixi abidədən də üstün insan amilidir. Hesab edirəm ki, Şuşanın simvolu Əhməd bəy Ağaoğludur. Onun Şuşada muzeyinin yaradılmasını təklif edirəm. Bu zaman yüzlərlə turist ora gələcək”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər