Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov Ermənistanın bu vandalizm aktı ilə bağlı ölkəmizdə, eyni zamanda, dünyada fəaliyyət göstərən bütün gənclər təşkilatlarına müraciət edib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, mürüciətdə bildirilib ki, aşağıdakı linkə daxil olmaqla ermənilərin Füzulidə törətdiyi vəhşiliyi Avropa Parlamentində fəaliyyət göstərən deputatlara çatdırmaq lazımdır.
http://www.europarl.europa.eu/meps/en/full-list.html
Fuad Muradov avropalı deputatlara müraciətin yollarını da göstərib. O, bildirib ki, saytda deputatların adları əlifba sırası ilə qeyd edilib. Sağ tərəfdə deputatın adının yanında düymə var və onların e-mail ünvanları qeyd edilib. Həmin düymə vasitəsilə avropalı deputatlara elektron məktub göndərmək olar.
Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri bütün gənclər təşkilatlarının rəhbərləri və üzvlərinə çağırış edərək, onları bu linkə daxil olaraq, avropalı deputatlara müraciət etməyə səsləyib.
Son xəbərlər
Son Xəbərlər