Bu gün Avropa Şurası Parlament Assaıbleyasının (AŞPA) yaz sessiyasının ilk iş günündə Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Muijnieks rəhbərlik etdiyi qurumun 2015-ci il üçün fəaliyyəti haqqında Assambleya qarşısında hesabatla çıxış edib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, aha sonra Komissar Assambleya üzvlərinin suallarını cavablandırıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın “Bizim AŞPA-dakı nümayəndə heyətimiz Ermənistanın öncəbhə bölgələrində mülkü azərbaycan vətəndaşlarına qarşı təxribatları ilə bağlı sizə müraciət göndərib. Ön cəbhədə baş verən son hadisələr zamanı Azərbaycan beynəlxalq hüquq normalarına, beynəlxalq humanitar normalara tamamilə əməl edərək həlak olanların cəsədlərinin dəyişdirilməsinə əməl etdi. Amma biz Azərbaycana geri verilən Azərbaycan əsgər və hərbiçilərinin cəsədlərinə qarşı Ermənistan tərəfindən həyata keçirilən qeyri-insani əməlləri, cinayətləri gördükdə şoka düşüdük. Bizim əlimizdə Ermənistanın həyata keçirdiyi bu qeyri-insanı əməlləri, cinayətləri sübut edən çoxlu fotolar var.
Sizin İnsan Haqları Komissarı kimi Ermənistan silahlı qüvvələrinin bu cinayətlərinə münasibətinizi bilmək istərdik? sualına cavab verən Nils Muijnieks “Dağlıq Qarabağ münaqişəsinə və sizin qeyd etdiyiniz insan hüquqlarının pozulmasına gəldikdə mən də bundan çox narahatam. Münaqişə baş verdikdə, alovlandıqda insan itkiləri olur, insan hüquqları pozulur və mən bu münaqişədə insan itkilərinə çox üzgünəm. Mən bütün tərəfləri gərginliyə son qoymağa təkid edirəm, zorakılıqdan əl çəkməyi və Beynəlxalq Qırmızı Xaç təşkilatı ilə yaxından əməkdaşlığa etməyə və humanitar hüquqa əməl etməyə çağırıram. Burada təbii ki, bizim diqqətimizi çəkən başqa bir məsələ də itkin düşmüş insanlardır. Vaxt uzandıqca bu məsələləri də araşdırmaq bir o qədər çətin olur. Çünkü vaxt getdikcə bu məsələlərdə şahidləri tapmaq çətinləşir. Düzdür, dediyiniz kimi, qeyd etdiyiniz məsələlər haqqında mənə müraciətlər daxil olub, bu çox ciddi məsələlərdir və mənim üçün də bu haqda şərh vermək olduqca çətindir. Çünkü bu münaqişələr zamanı yerlərdə çox az beynəlxalq müşahidəçilər fəaliyyət göstərib. Bununla belə, sizin narahatçılığınızı çox yaxşı anlayıram və bu məsələləri diqqətdə saxlamam üçün bütün tərəflərlə təmaslarımı saxlamaqdayam”.
Son xəbərlər
Son Xəbərlər