Deputatın restoranında daha bir ölüm -

deputatin-restoraninda-daha-bir-olum-
Oxunma sayı: 901

 

"Qafqazinfo" xəbər verir ki, Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “1001 Gecə” restoranının çimərliyində qeydə alınıb. 1937-ci il təvəllüdlü Güloğlan İsgəndər oğlu İsmayılov dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “1001 Gecə” restoranı millət vəkili Hüseynbala Mirələmova məxsusdur.

“Qafqazinfo”