Deputatın restoranında qanlı hadisə

deputatin-restoraninda-qanli-hadise
Oxunma sayı: 1859


“Qafqazinfo”nun  APA-ya istinadən məlumatına görə, hadisə bu gün Kürdəmirin mərkəzi bazarının ərazisində yerləşən “Şəki” restoranında qeydə alınıb.

Restoranın aşpazı, Şamaxı sakini, 1978-ci il təvəllüdlü Xəlilov Ramin Rasim oğlu və şadlıq sarayının adminisrtarotu, Kürdəmir sakini, 1968-ci il təvəllüdlüHəsənov Fizuli Şamil oğlu arasında şəxsi münasibətlər zəminində baş verən dava bıçaqlanma ilə nəticələnib.

Hər iki şəxs mətbəxdən götürdükləri bıçaqla bir-birlərinə bir neçə dəfə ağır xəsarətlər yetiriblər. Ramin Xəlilov Kürdəmir Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə, Fizuli Həsənov isə cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Lent.az saytı hadisə baş verən restoranın deputat Fərhad Qəribova məxsus olduğunu yazıb. F.Qəribov isə editor.az-a bildirib ki, hadisədən xəbəri yoxdur. Fərhad Qəribov onu da əlavə edib ki, olayın baş verdiyi restoran onun oğluna məxsusdur.