Goranboy rayonunda Milli Məclisin deputatı Anar Məmmədovun və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə iftar süfrəsi təşkil edilib.
“Qafqazinfo” xəbər verir ki, iftar süfrəsində din xadimləri, şəhid ailələri, qazilər, Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və rayonun digər rəhbər şəxsləri iştirak ediblər.
İftar mərasimində “Qurani Kərim”dən ayələr oxunub, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib.
Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının əziz xatirələri 1 dəqiqəlik sükutla anılıb, ruhlarına dualar oxunub.
Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə ölkəmizdə görülən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, bütün dünyaya nümunə olacaq tolerantlıq mühitindən, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan, eləcə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, imzalanan fərman və sərəncamlardan söz açılıb.





Son xəbərlər
Son Xəbərlər