Deputatla icra başçısı şəhidin dəfnində iştirak edib - Fotolar

deputatla-icra-bascisi-sehidin-defninde-istirak-edib
Oxunma sayı: 3174

Xəbər verdiyimiz kimi, bu gün Vətən müharibəsi zamanı itkin düşmüş gizir İxtiyar Əliyev Goranboy rayonunun Goranlı kəndində son mənzilə yola salınıb.

“Qaqazinfo” xəbər verir ki, vida mərasimində Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və kənd sakinləri iştirak edib. 

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb. Uzun müddət onun axtarışları davam edib.