Deputatla spiker arasında gərginlik

deputatla-spiker-arasinda-gerginlik
Oxunma sayı: 4646

Milli Məclisin deputatı Anar İsgəndərov parlamentin plenar iclasında ona söz verilməməsinə etiraz edib. 

“Qafqazinfo”nun məlumatına görə, A. İsgəndərov qeyd edib ki, o, elektron düyməyə basmağı hələ təzə öyrənib: “Eləsi var ki, beş dəfə danışır. Bizə çatanda isə danışmaq olmur. Bura ziyalı məclisidir”.

Spiker Sahibə Qafarova isə deputatın iradına belə reaksiya verib: “Mən həmişə hamıya söz verirəm. Buranın ziyalı məclisi olduğunu da bilirəm. Mənə bunu öyrətməyə gərək yoxdur”.

Günel Türksoy