“Deputatlar 1 milyon dollara satın alındılar” - Timoşenkodan şok iddia

deputatlar-1-milyon-dollara-satin-alindilar
Oxunma sayı: 2436

Arseniy Yatsenyuk hökumətinin istefası leyhinə səs verməmək üçün Ali Rada deputatlarına 1 milyon dollar verilib.

“Qafqazinfo” xəbər verir ki, belə bir açıqlama ilə bu gün koalisiyadan çıxdığını elan edən “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko “112 Ukrayna” telekanalının efirində çıxış edib:

“Parlamentdə belə bir məlumat gəzirdi ki, hökumətin istefası leyhinə verilməyəcək hər səsə görə, bir milyon dollara qədər pul ödənilib. Bu həqiqətən dəhşətlidir. Çünki kütləvi satınalma baş verib. Təəssüf edirəm ki, bizdə Milli Antikorrupsiya Bürosu bu siyasi sürülərin, mafiyaların arasında işləmir. Niyə? Çünki onlar da asılıdırlar”.

Xatırladaq ki, dünən hökumətin istefası ilə bağlı səsvermə keçirilsə də, lazım olan 226 səsdən cəmi 194-ü toplanmışdı.