Deputatlar Fonda 250 min manatdan çox pul köçürüblər

deputatlar-fonda-250-min-manatdan-cox-pul-kocurubler
Oxunma sayı: 1759

Milli Məclisin deputatları fonda 250 min manatdan çox pul köçürüblər.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu parlamentin spikeri Sahibə Qafarova bildirib. 

O deyib ki, deputatların bəziləri əmək haqqının hamısını, bəziləri isə bir qismini Koronavirusla Mübarizə Fonduna ianə ediblər. Bununla da ümumilikdə, parlament deputatları tərəfindən Fonda 250 min manatdan çox vəsait köçürülüb.

Murad Əhməd