Deputatlar hansı telefonu işlədir? - - Siyahı

deputatlar-hansi-telefonu-isledir-
Oxunma sayı: 4541



Maraqlıdır, deputatlar hansı mobil telefonlardan istifadə edirlər?

"Qafqazinfo" AzVision.az-a istinadən deputatların istifadə etdikləri telefonların adlarını təqdim edir:

Millət vəkili İqbal Ağazadə “Nokia” markalı telefondan istifadə edir. 

“Sadə Nokiadır, smartphone funksiyaları yoxdur”. 

VHP sədri Sabir Rüstəmxanlı isə bir qədər bahalı telefon işlədir. Onun telefon markası “Blackberry”dir.

Deputat Aqiyə Naxçıvanlı da sadə “Nokia”ya üstünlük verdiyini deyib.

“Smartphone funksiyaları olmayan sadə “Nokia”dan istifadə edirəm”. 

Millət vəkili Aqil Abbas isə açıqlamasında 8 ildir telefonunu dəyişmədiyini deyib.

“Mənim telefonum “Nokia”dır, 8 ilin telefonudur. Başqa telefon almağa gücüm çatır, sadəcə olaraq xoşlamıram. Telefondan ancaq zəng etmək, zəng qəbul etmək və mesaj funksiyası üçün istifadə edirəm. Sadə “Nokia”dır. Zəng elə, mesaj yaz və zəngli saatı qur ki, səhər 08:00-da zəng çalsın”. 

YAP-ın icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib ki, “iPhone” işlədir: 

“”iPhone” işlədirəm, amma mən qanunlara tabe olan adamam. Əgər Milli Məclisdə iPhone-dən istifadə məqbul sayılmırsa, “Nokia”-dan istifadə edəcəm”. 

Deputat Çingiz Qənizadə ölkədə olmadığından sualımızı onun köməkçisi cavablandırdı. O bildirdi ki, millət vəkili “Sumsung Ego” markalı telefondan istifadə edir: 

“Çingiz müəllimin telefonu smartphone tipli deyil. İki sim kartı olan Sumsung Ego markalı telefondan istifadə edir”.