Deputatlar - Ramin Məmmədov və Soltan Məmmədov Kamboca Krallığında keçiriləcək bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak etmək üçün iyunun 2-də bu ölkənin paytaxtı Pnompen şəhərinə səfər edəcəklər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir.
Qeyd olunur ki, millət vəkilləri seçkiləri izləmək üçün Kamboca Krallığının parlamenti tərəfindən dəvət alıblar.
Deputatlar bir sıra seçki məntəqələrinə gedərək buradakı şəraitlə tanış olacaq, prosesin gedişatını və seçicilərin fəallığını izləyəcəklər.
Səfər iyunun 8-də başa çatacaq.
Son xəbərlər
Son Xəbərlər