Deputatlar parlamentdə bir-birindən iki metr aralı oturacaq

Deputatlar parlamentdə bir-birindən iki metr aralı oturacaq
Oxunma sayı: 1847

Milli Məclis Sədrinin təşəbbüsü ilə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi kimi Parlamentdə bu sahədə məqsədyönlü işlər aparılır. 

Milli Məclisin Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, 30 mart 2020-ci ildə keçiriləcək növbəti plenar iclası zamanı deputatların iclas zalında lazımi məsafəyə riayət etməklə bir-birindən ən azı iki metr aralıda əyləşməsi məsələsi öz həllini tapıb.

Bununla yanaşı Milli Məclis deputatlarının, Aparat və İşlər İdarəsinin məsul əməkdaşlarının müvafiq qaydada koronavirus ilə bağlı tibbi yoxlamadan keçirilməsi təmin edilib, parlamentin avtomobil vasitələrinin mütəmadi dezinfeksiyası təşkil olunub.

Xatırladırıq ki, Milli Məclisdə idarəetmə stasionar, mobil və internet rabitələri vasitəsi ilə həyata keçirilir. Parlament rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, habelə parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi