Braziliya Konqresinin 342 üzvü bu gün ölkə prezidenti Dilma Rousseffin impiçmenti üçün səs verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, artıq son qərarı yuxarı palata- Senat verəcək. On gün ərzində orada xüsusi komissiya yaradılacaq, daha sonra senatorlar prezidentin istefası ilə bağlı səs verəcəklər.
Prezidentin müvəqqəti vəzifəsindən uzaqlaşdırılması üçün azı 41 senatorun səsi lazımdır, birdəfəlik uzaqlaşdırılması üçün senatın ayrıca iclasını keçirmək lazım gələcək və azı 54 səs lazım olacaq.
Belə olan halda 2018-ci il prezident seçkilərinə qədər Rousseffin səlahiyyətlərini vitse-prezident icra edəcək.
Son xəbərlər
Son Xəbərlər