Deputatlar Tiflisə getdilər

deputatlar-tiflise-getdiler
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, Avropa Şurası ilə Avropa İttifaqının birgə həyata keçirdikləri tədbirdə müzakirə olunacaq mövzuları Gürcüstan parlamenti ilə Mərkəzi Seçki Komissiyası rəhbərliyinin, eləcə də Avropa Şurası ilə Avropa İttifaqının bu ölkədəki nümayəndəliklərinin təmsilçiləri təqdim edəcəklər.

Sonra “Seçkilərdə və siyasi partiyalarda qadınların iştirakı”, “İş və ailə həyatının uzlaşdırılması”, “Media sahəsində gender balansı” mövzuları ətrafında müzakirələr aparılacaq.

İctimai həyatda qadınların iştirakına şərait yaratmaq üçün konkret tədbirlərin görülməsi məqsədilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan ölkələrin qadın parlamentarilərinin təcrübələri və təklifləri öyrəniləcək. Fikir mübadiləsinin yekununda hər üç mövzu istiqamətində fəaliyyət proqramları hazırlanacaq. Deputatlarımız müzakirələrdə yaxından iştirak edəcək, Azərbaycanın müvafiq təcrübəsini bölüşəcəklər.
Səfər fevralın 9-da başa çatacaq.