Deputatlar türkiyəli jurnalistlərlə görüşdü- - Fotolar

deputatlar-turkiyeli-jurnalistlerle-gorusdu-
Oxunma sayı: 846


“Qafqazinfo” xəbər verir ki, tədbirdə ölkəmizdə səfərdə olan Türkiyənin aparıcı Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, dövlət rəsmiləri, millət vəkilləri, ictimai və gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.

Böyük İpək Yolu Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov qeyd edib ki, bu gün Prezident İlham Əliyev də qardaş Türkiyə ilə ikitərəfli münasibətlərə mühüm diqqət yetirir. Siyasi əlaqələrimizi ən yüksək zirvəyə qalxmasını, beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəklədiyimizin tarixi dostluğumuzun təməl prinsiplər üzrərində qurulduğunu diqqətə çatıdırır.

Millət vəkili tarixin bütün dövlətində Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayaraq bildirib ki, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” Mustafa Kamal Atatürkün, 1918-ci ildə Azərbaycanı erməni-daşnak qüvvələrindən təmizləyən Ənvər Paşa və Nuru Paşanın adları nəinki təkcə Azərbaycanın, eyni zamanda bütün türk xalqlarının yaddaşında həmişəlik qalacaqdır. Millət vəkilini bir müddət sonra 100 illik yubileyi qeyd olunacaq Çanaqala zəfərinə də toxunmuş, qeyd etmişdir ki, Prezident İlham Əliyevin Çanaqqala zəfərinin birlikdə qeyd olunması barədə qəti mövqeyi Türkiyə və Azərbaycan dövlətlərinin və xalqlarının bütün tarixi dövrlərdə olduğu kimi, bu gün də bir yerdə və həmrəy olduqlarını, həmin tarixi savaşından çıxan ibrət dərslərinin hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığının dünya ictimaiyyəti qarşısında nümayişinə xidmət edir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu inkişaf üçün isə media əsas rol oynamalı Azərbaycan və Türkiyə haqqında həqiqətlər dünyaya çatıdırlmalıdır.