Deputatlar üçün daha bir güzəştli xidmət

deputatlar-ucun-daha-bir-guzestli-xidmet
Oxunma sayı: 635

Milli Məclisin deputatları, Heydər Əliyev Fondunun, Prezident Administrasiyasının əməkdaşları və onların ailə üzvlərinə güzəştli mobil rabitə xidməti göstəriləcək. “Qafqazinfo” xəbər verir ki, sözügedən qurumun əməkdaşları və onların ailə üzvlərinin istifadəsinə “050 288”lə başlayan xidməti mobil telefon nömrələrin verilməsinə başlanılıb. Belə ki, artıq paylanılmasına başlanan bu nömrələrlə həmin şəxlər öz aralarında pulsuz danışa biləcəklər.

Bu xidməti nömrələrlə başqa operatorlarla da ayda 300 dəqiqə pulsuz danışıq imkanı veriləcək. Bundan başqa, xariclə danışıqlara 25 faiz güşət ediləcək. Həmin nömrələrin sahibləri eyni zamanda, internet xidmətindən də 50 faiz güzəştlə istifadə edə biləcəklər.