“Aprel ayından etibarən Milli Məclisin komitələrinin bir iclası Şuşa şəhərində keçiriləcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bildirib.
O xatırladıb ki, ötən həftə Şuşada Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası keçirilib: “Digər komitələrin də Şuşada keçirilməsi planlaşdırılan iclaslarının qrafiki məlumdur və komitə rəhbərlərinə təqdim olunub”.
Sədr qeyd edib ki, Milli Məclisin komitə iclaslarının Şuşada keçirilməsinə Prezident İlham Əliyev icazə verib: "Biz belə bir təşəbbüslə çıxış etdik. Prezident İlham Əliyev bizə icazə verdi"
Eldar Tanrıverdi
Son xəbərlər
Son Xəbərlər