Deputatlarımız Amerikaya gedirlər

deputatlarimiz-amerikaya-gedirler
Oxunma sayı: 1075


“Qafqazinfo” xəbər verir ki, parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, millət vəkilləri yanvarın 30-da Vaşinqton şəhərində keçiriləcək Atlantik Şuranın konfransında iştirak edəcəklər. Tədbirdə “Avropanın Şərqində transatlantik strategiyaya doğru” mövzusu ətrafında müzakirələr aparılacaq.

Toplantıda deputatlarımız məsələ barədə öz fikirlərini açıqlayacaqlar.

Səfər fevralın 4-də başa çatacaq.