Deputatlarımız Sankt-Peterburqa getdilər

deputatlarimiz-sankt-peterburqa-getdiler
Oxunma sayı: 639

AzərTAc xəbər verir ki, səfərin məqsədi MDB Parlament Assambleyası Şurasının iclasında iştirak etməkdir.

MDB Parlament Assambleyası Şurasının iclasında təşkilatı məsələlərlə yanaşı, Qırğız Respublikasında prezident seçkilərində qurum nümayəndələrinin müşahidəçi kimi iştirakı, Nürnberq prosesinin 65 illiyinə həsr olunmuş beynəlxalq konfransın, Neva ekoloji konqresinin, “Vətəndaşların demokratiya və seçki hüquqları”, “MDB: nailiyyətlər, problemlər və perspektivlər” adlı seminarların nəticələri barədə və digər mövzularda müzakirələr aparılacaq.

Nümayəndə heyətinin üzvləri burada seçki və referendumlarda iştirak edən beynəlxalq müşahidəçilər üçün nəzərdə tutulmuş seminarda, MDB PA-nın siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının iclasında iştirak edəcəklər.

Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovun Rusiya Federal Məclisinin Federal Şurasının sədri Valentina Matviyenko, Ukrayna Ali Radasının sədri Vladimir Litvin və tədbirlərdə iştirak edən digər nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.