Bu gün Milli Məclisin İntizam Komissiyasının ilk iclası keçirilib.
Bu barədə “Qafqazinfo”ya komissiyanın sədr müavini, deputat Fəzail Ağamalı məlumat verib. O qeyd edib ki, iclasda komissiyasının qarşısında duran vəzifələr müzakirə edilib.
Eyni zamanda, İntizam Komissiyasının yeni Əsasnaməsinin hazırlandığı barədə məlumat verilib. Bildirilib ki, əsasnamə yaxın zamanlarda hazırlanaraq iclasda müzakirə ediləcək.
Qeyd edək ki, Milli Məclisin deputatlarının fəaliyyətinin intizam qaydaları çərçivəsində necə qurulmalı olduğu əsasnamədə əks olunacaq.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər