Deputatların vaksinasiyasının ikinci mərhələsinə başlanıldı

deputatlarin-vaksinasiyasinin-ikinci-merhelesine-baslanildi
Oxunma sayı: 1124

Milli Məclisin deputatlarının koronavirus (“COVID-19”) infeksiyası əleyhinə vaksinasiyasının ikinci mərhələsi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, millət vəkillərinə vaksinin ikinci dozası vurulacaq.

Xatırladaq ki, deputatların vaksinasiyasına fevralın 22-dən başlanılıb. Proses könüllülük prinsipi əsasında həyata keçirilir.

Gülnar Əliyeva