“Dəqiq oyunçunun adını çəkə bilmərəm”

deqiq-oyuncunun-adini-ceke-bilmerem
Oxunma sayı: 1087

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda sabah "Qarabağ"ın qonağı olacaq Çexiyanın "Viktoriya" klubunun kapitanı Roman Hubnik mətbuat konfransında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, o, jurnalistlərin cavablandırıb.

- "Qarabağ”ın səfərdə 0:0 hesablı heç-heçə etməsini tənqid etdilər. "Qarabağ”dan güclü oyun gözləyirdiniz?

- Oyun gözlədiyimiz kimi keçdi. Bu cür oyunu gözləyirdim. "Qarabağ" gözlədiyimiz kimi güclü komandadı.

- İlk oyunda qırmızı vərəqə olmasaydı, hesab fərqli ola bilərdi?

- Çətin sualdı. İstəməzdim ki, qırmızı vərəqə olsun.

- Havanın isti olması planlarınıza təsir etməyəcək?

- Belə oyunlar çox keçmişik. Axşam vaxtı olduğu üçün ciddi problemin olacağını düşünmürəm.

- "Qarabağ”dan hansı futbolçunun oyununu bəyəndiniz?

- "Qarabağ”ı komanda şəklində təhlil etmişik. Dəqiq hansısa oyunçunun adını çəkə bilmərəm. "Qarabağ" kollektiv halda yaxşı komandadı.