Dağıstanın Dərbənd şəhərində 7 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
“Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, 3 avtomobilin toqquşması nəticəsində ölənlərdən 3-ü uşaqdır. Daha 4 nəfər yaralı isə xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.
Qeyd edək ki, “Qafqaz” federal şossesinin 917-ci kilometrliyində baş vermiş qəzadan sonra avtomobillərdən biri alışıb. Sözügedən yolda hərəkət məhdudlaşdırılıb.
Son xəbərlər
Son Xəbərlər