Derbini o idarə edəcək

derbini-o-idare-edecek
Oxunma sayı: 1539

Türkiyə Super Liqasının 3-cü turunda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" oyunu üçün hakim təyinatları açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, İstanbul derbisi Ali Palabıyıka həvalə olunub. Ona Serkan Olguncan və Mehmet Cem Satman köməklik edəcək. Dördüncü hakim funksiyasını Mete Kalkavan yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 27-i keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.